Faydali

Floorella laminatları döşənməsi rahat və sadədir.Xüsusi hazırlıq tələb olunmayan bu prosesin öhdəsindən yalnız bir nəfər belə asanlıqla gələ bilir. Sadəcə, bilmək lazımdır ki, bir qutu laminatda 8 ədəd laminat lövhə olur ki bu da 1.8 m2 sahə üçün nəzərdə tutulub.Bu da o deməkdir ki əgər sizin otağınız 18 m2-dirsə, onda sizə 10 qutu laminat lazım olacaq. 1.Birinci mərhələdə laminatın döşənəcəyi səthi hazırlamaq lazımdır. Döşənmə səthi gərək rəvan və hamar olsun. 2.Hamar səthə polietilen laminat altlığı döşənir. Polietilen altlıq laminatla döşəndiyi səth arasında xüsusi balans qatı yaratmaqla yanaşı laminatı rütubətdən ,səsdən və səthdəki xırda nahamarlıqlardan qoruyur. 3.İndi isə laminatlarımızı döşəyə bilərik.Laminatlar 4 tərəfdən bir birinə keçmə üsulu ilə döşənir.Bunun üçün hər bir laminat lövhəsi xüsusi kilid sistemi ilə təchiz olunub.Birinə bu kilid sistemi vasitəsi ilə keçirilən laminat lövhələri rezin çəkiclə bərkidilir ki lövhələrin birləşdiyi xətt hiss olunmasın və ya bilinməsin.Sonuncu lövhəni lazımi ölçüdə kəsirik.Uzununa qoyulmuş laminat lövhələrini 1.5sm məsavədə divara sıxırıq. Növbəti laminat zolağını artıq kəsdiyimiz laminat lövhəsindən başlaya bilərik. Bundan sonrakı zolaqlarda da laminat şahmat ardıcıllığı ilə döşənməlidir ki bu da döşəmənizi daha orijinal göstərir və döşəmənin praktikliyini artırır.Beləcə döşənən zolağı götürüb birinci zolağa 20 dərəcəli bucaq altında birləşdiririk.Əgər lövhələrin birləşdiyi yerdə cüzi belə olsa, ara qalmışsa həmin yeri daha möhkəm sıxmaq lazımdır.Budur laminatımız döşəndir. İndi isə interyerimizə uyğun plintuslarımızı vura bilərik.