Şirkət Haqqında

AzMDF zavodu FLOORELLA brednli laminasiya edilmiş parketin istehsalına 2013-cü il May ayından başlamışdır. Müxtəlif təyinatlı otaqlarda quraşdırmaq və müxtəlif gəlir mənbəyli müştərilər üçün nəzərdə tutulmuş laminasiya edilmiş parket kolleksiyalarını yaratmışıq və bundan sonra da yeni kolleksiyaların yaradılması işini davam etdirəcəyik. FLOORELLA sürətlə inkişaf edən və müasir avadanlıqla təmin olunmuş bir kompleksdir. Əsas xammal kimi AzMDF zavodunun istehsal etdiyi yüksək sıxlıqlı lövhələrdən istifadə olunur. FLOORELLA xəttinin illik istehsalat həcmi 4.000.000 m2-dir. Ən qabaqcıl texnologiyaların, beynəlxalq ənənə və təcrübələrdən istifadə nəticəsində yüksək keyfiyyətli məhsulun istehsala və geniş çeşidli dekorların təklifi mümkün olmuşdur. Məhsulumuz bir neçə kolleksiyalarda təklif olunur. Həmin kolleksiyalar bir-birindən dekor, səthi tekstura və yeyilmə sinfi ilə fərqlənir. Aşağıda qeyd olunan xüsusiyyətlər otağın təyinatından asılı olaraq bu və ya digər kolleksiyanın istifadə imkanlarını müəyyən edir. FLOORELLA aşağıda verilmiş müddətlər ərzində yeyilməyə qarşı zəmanət verir: Alınma tarixindən 10 il (yeyilmə sinfi – AC3 (31); istifadə yeri – yaşayış binaları) və 3 il (yeyilmə sinfi – AC3 (31); istifadə yeri – ictimai binalar) Alınma tarixindən 15 il (yeyilmə sinfi – АС4 (32); istifadə yeri – yaşayış binaları) və 5 il (yeyilmə sinfi – AC4 (32); istifadə yeri – ictimai binalar) FLOORELLA lamparketi ağac emal sənayesinin məhsulu olaraq ənənəvi döşəmə örtüklərinə olan bir alternativdir.